Azərbaycancaaz
Mir.az » Resept » Görünüşü Möhtəşəm : Kartoflu Rulo Börək Resepti

Görünüşü Möhtəşəm : Kartoflu Rulo Börək Resepti

52
asan resept,asan yemək resept,sadə resept
825 calories, 8 grams fat
Görünüşü Möhtəşəm : Kartoflu Rulo Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Yumşaq börək həvəskarları, bu resept sizin üçündür. Budur, küncüt ilə ənənəvi rulo börəklərdən fərqlənən dadlı kartoflu börək resepti.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

Xəmir üçün:
1/2 stəkan ilıq su
1/2 stəkanisti süd
1 paket quru maya
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
1-1,5 stəkan un (apardığı qədər)

İçlik üçün:
3 ədəd orta kartof
1 kasa kəsmik ( və ya pendir )
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz
1 xörək qaşığı maye yağ
1 ədəd yumurta sarısı (üzəri və yanları üçün)
1 xörək qaşığı küncüt (üzəri və yanları üçün)

Hazırlanma qaydası:

Xəmir üçün bütün inqrediyentləri qarışdırıb yarım saat kənarda saxlayın.
Yumşaq,ələ yapışmayan xəmir yoğurun.
Kartofu duz ilə qaynadıb pendirlə qarışdırın vəduz və ədviyyat əlavə edib əzin.
Dəzgahı unlayın və oxlovun köməyi ilə açıb üzərinə kartoflu içliyi yayıb bükün və iki barmaq qalınlığında kəsin.
Üzərinə və yanlarına yumurta sarısı və yağ qarışığını sürtüb kənarlarını küncütə batırın.
Əvvəlcədən isidilmiş 200 dərəcə sobada bişirin.
Bişdikdən sonra çayın yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz