Sadəcə 4 Ərzaqla : Ən Asan Şərbətli Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Türklərin əfsanəvi küçə deserti şambalıya bənzəyən bir keks- şərbətli keks.Və cəmi 4 inqrediyentdən istifadə etməklə mükəmməl bir ləzzət ortaya çıxara bilərsiniz. Mir.az asan hazırlanan şərbətli keks reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1.5 stəkan qatıq2 stəkan mannı
3/4 stəkan şəkər tozu
1 paket qabartma tozu
Şərbət üçün:
4 stəkan su
3 stəkan şəkər tozu
3 damcı limon suyu
Hazırlanma qaydası:
Mannı,qatıq,şəkər tozu və qabartma tozunu yaxşıca qarışdırın.
Xəmiri yağlanmış düzbucaqlı formasındakı soba qabına və ya şüşə qaba ( borcama ) bərabər şəkildə yayın.
Üzərini streç sellofanla örtüb bir saat soyuducuda
saxlayın.
Soyuducudan çıxardıqdan sonra nazik düzbucaqlı formasında dilimləyin və əvvəlcədən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər bişirin.
Şərbət üçün qazana su və şəkər tozu töküb qaynadın.Qaynamağa başlayanda ocağı azaldıb limon suyunu əlavə edib bir neçə dəqiqə daha qaynadın.
Keksi sobadan çıxarıb ilk istiliyi getdikdən sonra ilıq şərbəti üzərinə tökün ( şərbət mütləq ilıq olmalıdır. Qaynar olarsa, keks xəmir olacaq ).
Şərbəti canına çəkiləndə kokosla bəzəyib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz