Azərbaycancaaz
Mir.az » Resept » Süfrənizə Rəng Qatın: İki Rəngli Məzə Resepti

Süfrənizə Rəng Qatın: İki Rəngli Məzə Resepti

166
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Süfrənizə Rəng Qatın: İki Rəngli Məzə Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Ləzzətli bir "məzə" resepti…Hazırlanması çox asan,görünüşü isə göz oxşayır.Mütləq sınayın və süfrənizə rəng qatın.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

3 ədəd kök
1/2 ədəd qırmızı kələm
2 xörək qaşığı zeytun yağı
2 kasa qatıq
2 xörək qaşığı mayonez
2 diş sarımsaq
1 çay qaşığı duz
1 ovuc qoz
1 çimdik cəfəri

Hazırlanma qaydası:

Əvvəlcə unutmayaq ki, kök və kələmi ayrı-ayrılıqda sote ediləcək.
Kök və kələm ayrı-ayrılıqda sürtgəcdən keçirib, ayrı tavalara qoyun və bir qaşıq zeytun yağı ilə yaxşıca qızardın.
Hər ikisinə 1 çay qaşığı duz əlavə edin.
Sonra yaxşıca qovrulduqdan sonra ayrı boşqablara qoyun və soyuduqdan sonra qatıq və hər biri üçün bir diş sarımsaq əzib əlavə edin.
Həm adi qatıqdan,həm də süzmə qatıqdan istifadə edə bilərsiniz.(Hər ikisi üçün 1 kasa qatıq ,1 ədəd sarımsaqdan istifadə edin ).
Kiçik bir servis qabına kələm qarışığını, sonra isə kök qarışığını qoyub tərs çevirin.Və üzəri üçün cəfəri və qozdan istifadə edin.
İstəsəniz şüyüddən də istifadə edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz