Ağızda Dağılan: Küncütlü Simit Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bir soba qabı dadlı ,küncütlü xırtıldayan simit peçenye bişirməyə nə deyirsiniz?
Çoxlu küncüt olan bu simit peçenyelər çay saatınızın ulduzu olacaq. Sizə sadəcə peçenyelərinizi hazırlamaq və sevdiklərinizi çay saatına dəvət etmək qalır.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
2 stəkan un150 qram otaq temperaturunda marqarin
1 xörək qaşığı sirkə
1/2 çay qaşığı duz
1 qaşığı şəkər tozu
1 paket qabartma tozu
3 xörək qaşığı zeytun yağı
Üzəri üçün:
3 çay qaşığı küncüt
1 yumurta sarısı
1 çay qaşığı üzüm bəkməzi
Hazırlanma qaydası:
Unu ələyin.
Bütün inqrediyentləri əlavə edib yumşaq xəmir yoğurun.
Yoğurduğunuz peçenye xəmirini 10-15 dəqiqə kənara qoyun.
Sobanı 165 dərəcəyə qoyun.
Xəmirdən qoz böyüklüyündə parçalar götürüb uzadın və iki ucunu bir-birinin altına keçirib simit formasını verin.
Yumurta sarısı və bəkməzi qarışdırıb peçenyelərin üzərinə sürtüb, küncüt səpib təxminən 10 dəqiqə bişirin.
Bişmiş simit peçenyeləri soyudub çayın yanında süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz