Şirniyyat Ustalarını Belə Qıqandıracaq : Marmeladlı Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Şirniyyatlardan aldığımız, ağızda dağılan fərqli dadları ilə pərəstiş etdiyimiz peçenyelərin əslində çox sadə sirləri var. İçində çoxlu kərə yağı və ya marqarin var və onlar xırtıldasın deyə mütləq kərə yağından istifadə edirlər. Daha yumşaq olması üçün un deyil, nişasta əlavə edilir. Un və nişastanı yarıya-yarı atdıqda, çoxlu yağ əlavə etdikdə o dadlı peçenyeləri hazırlamağa başlayırsınız.
Hazırlayacağınız xəmir çox yumşaq olmalıdır. Odur ki, çox nişasta və ya un əlavə etməməyə diqqət edin.
Qalanı tamamilə sizin zövqünüzə bağlıdır. İstədiyiniz formanı verə bilərsiniz. Üzərinə şokolad ,qoz-fındıq səpə bilərsiniz. Bir xəmirdən çoxlu müxtəlif peçenye hazırlamaq da mümkündür.
Peçenye xəmirini soyuducuda da saxlaya bilərsiniz. Evdə boru torbası yoxdursa, evdəki torbalardan birinin ucunu çox kiçik kəsib ucluğu ora qoya bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN
30 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
200 qram otaq temperaturunda kərə yağı1 ədəd yumurta sarısı
1 stəkan şəkər tozu
1 paket vanil
3/4 stəkan duru yağ
1 stəkan qarğıdalı nişastası
2 - 2,5 stəkan un
Üzəri üçün:
4 xörək qaşığı marmelad
Hazırlanma qaydası:
Qaba kərə yağı, şəkər tozu, yağ və yumurta əlavə edib çəngəl ilə yaxşıca qarışdırın.
Bütün inqrediyentlər bir-birinə qarışdıqda, nişasta əlavə edin. Yumşaq,ələ yapışmayan xəmir almaq üçün az-az un əlavə edin.
Yumşaq peçenye xəmirini boru torbasına töküb yağlı kağız sərilmiş soba qabına yumru və tam sıxıb peçenye formasını verin.
Üzərlərinə istədiyiniz marmeladı qoyun və əvvəlcədən isidilmiş 165 dərəcə sobada 15-20 dəqiqə yüngül qızarana qədər bişirin.
Çıxarıb otaq temperaturunda olduqdan sonra servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz