Azərbaycancaaz
Mir.az » Resept » Ağızda Dağılır: Xaşxaşlı Peçenye Resepti

Ağızda Dağılır: Xaşxaşlı Peçenye Resepti

22
asan resept,asan yemək resept,sadə resept
2415 calories, 24 grams fat
Ağızda Dağılır: Xaşxaşlı Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Xaşxaş peçenyelərinin gözəlliyi ağızda parçalanan kərə yağı xəmirinin üzərində yerləşmiş xırtıldayan xaşxaş toxumlarında gizlidir.Ağızda bir-bir dağılan toxumlar qoz dadı ilə birləşir və ağızda ləzzətli bir kompozisiya yaranır.
Bu vaxtdan sonra çay və ya qəhvə fərqi varmı? Süfrədə xaşxaşlı peçenye varsa.

NEÇƏ NƏFƏR ÜÇÜN

24 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 125 qram kərə yağı (otaq temperaturunda)
  • 1 ədəd yumurta
  • 1/2 çay fincanı günəbaxan yağı
  • 3 xörək qaşığı pudra şəkər
  • 1 stəkan buğda nişastası
  • 2 stəkan un
  • 1/2 paket qabartma tozu

  • Üzəri üçün:
  • 1 ədəd yumurta ağı
  • 1 stıkan xaşxaş toxumu
  • 12 ədəd bütöv qoz

Hazırlanma qaydası:

Otaq temperaturundakı kərə yağını,yumurta və günəbaxan yağını qarışdırın.
Üzərinə ələnmiş pudra şəkər,un, buğda nişastası və qabartma tozunu əlavə edib xəmir yoğurun.
Xəmiri streç sellofana büküb 30 dəqiqəlik soyuducuya qoyun.
Soyuducudan çıxan xəmiri qoz böyüklüyündə parçalara ayırıb ovucunuzda yuvarlayın.
Hazırladığınız peçenyeləri əvvəlcə yumurta ağına, sonra isə xaşxaş toxumuna batırıb yağlı kağızla örtülmüş soba nimçəsinə düzün.
Qozları qırıb təmizləyin və peçenyelərin üzərinə yarım ay şəklində qoyub əvvəlcədən isidilmiş 180 dərəcə sobada 12-15 dəqiqə üzəri açıq rəng alana qədər bişirin.
Bişmiş peçenyeləri sobadan çıxarın və otaq temperaturuna gəldikdən sonra çay və ya qəhvənin yanımda sevdiklərinizlə bölüşün.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz