Yeməkdən Doymayacaqsınız: Ətli Fajita Dürüm Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Fajita yemək istəyirsinizsə, bu resept sizin üçündür.
Mir.az ətli fajita reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
19 dəqiqəTərkibi:
150 qram yumşaq ət ( bonfile )2 ədəd lavaş
1 ədəd qırmızı bibər
1 ədəd yaşıl bibər
6-7 ədəd göbələk
1 çimdik kimyon
1 çay qaşığı qara istiot
1/2 çay qaşığı duz
4-5 ədəd kahı yarpağı
Hazırlanma qaydası:
Tavanı qızdırın və zeytun yağı ( daha da ləzzətli olması üçün bir iki parça kərə yağı əlavə edin ) ilə yağlayıb bibərləri əlavə edib qızardın.
Qızardılmış bibərlərə zolaqlara kəsilmiş əti ( vaxtınız varsa əti əvvəldən marinad edin ) əlavə edib qızartmağa davam edin.
Göbələkləri təmizləyin və tavaya əlavə edib qarışdırın.
Ət bişməyə yaxın ədviyyatları əlavə edin.
Lavaşı ləzzətləndirmək və isitmək üçün tavandakı ətlərin üzərinə örtə bilərsiniz.
Qızdırılmış lavaşın ucuna bişmiş əti qoyun və üzərinə doğranmış kahı yarpaqları əlavə edib kənarlarını qatlayıb bükün. Fajita hazırdır!
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz