Azərbaycancaaz
Mir.az » Resept » Sousuyla Bir Əfsanə : Qaymaqlı Göbələkli Toyuq Resepti

Sousuyla Bir Əfsanə : Qaymaqlı Göbələkli Toyuq Resepti

2 213
asan resept,asan yemək resept,sadə resept
225 calories, 2 grams fat
Sousuyla Bir Əfsanə : Qaymaqlı Göbələkli Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Kub şəklində doğranmış toyuq ilə sote edilmiş ləzzətli göbələklər qaymaqlı sousda bişirilir və isti halda verilir. Yanında ətirli düyü və ya makaronla dadına doymaq olmaz.
Çöldə yeməyə öyrəşdiyiniz bu dadı evdə daha yaxşı edə biləcəyinizi gördükdə çox sevinəcəksiniz.Odur ki ,sizə uğurlar!

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

200 qram sümüksüz bud əti (doğranmış)
300 qram göbələk (böyük doğranmış)
2 xörək qaşığı kərə yağı
4 xörək qaşığı maye yağ
1 ədəd orta soğan
1 qutu qaymaq (200 ml.)
2 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Tavaya yağ əlavə edin və əriyəndə soğanı əlavə edib qovurun.
Ardı ilə göbələkləri qızardılmış soğana əlavə edin. (Ocağın istiliyi yüksək temperaturda olmalıdır ki, göbələklər suyunu buraxmasın.)Göbələkləri karamelləşənə qədər qovurun.
Toyuq ,duz,istiot əlavə edin və qovurmağa davam edin.
Qaymaq əlavə edib qarışdırın. Bütün sous toyuq və göbələklərlə eyniləşdikdə ocağı söndürün.
Qaymaqlı göbələk ilə toyuq hazırdır.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz