Azərbaycancaaz
Mir.az » Resept » Fərqli Dadda : Pəhrizdə Olanlar Üçün Sezar Salatı Resepti

Fərqli Dadda : Pəhrizdə Olanlar Üçün Sezar Salatı Resepti

353
asan resept,asan yemək resept,sadə resept
220 calories, 2 grams fat
Fərqli Dadda : Pəhrizdə Olanlar Üçün Sezar Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Pəhrizdə olarkən yediyiniz Sezar salatlarının sousunda istifadə edilən mayonez, vuster sousu kimi maddələr, Parmesan pendiri ilə ləzzəti zirvədə olan salatın kalorisini hesabladıqda yeməməyə üstünlük verirsiniz. Ənənəvi Sezar salatını qatıqlı sousla hazırlayaraq həm fərqlilik yarada bilərsiniz, həm də pəhrizdə olduqda belə rahatlıqla yeyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 ədəd toyuğun döş əti
10 yarpaq kahı və ya pekin kələmi
2 dilim çörək
5 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Qatıqlı sousu üçün:
2 xörək qaşığı qatıq
1 xörək qaşığı süzmə qatıq
1 çay qaşığı duz
1/4 limon şirəsi
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz

Hazırlanma qaydası:

Çörəyi kub formasında doğrayıb yağlı kağız sərilmiş soba sinisinə tökün. Üzərinə 3 xörək qaşığı zeytun yağı səpib əvvəlcədən 190 dərəcə qızdırılmış sobada çörəklər qızarana qədər 10-15 dəqiqə bişirin.
Qalan zeytun yağını tavaya töküb qızdırın. Toyuq filesini duz və istiotlayıb hər iki tərəfini qızardın.
Bişmiş toyuq filesini istədiyiniz ölçüdə doğrayın. Kahını yaxşıca yuyub doğrayın və bir qaba tökün.
Sousu hazırlamaq üçün bir qaba qatıq, süzmə qatıq, duz, limon şirəsi və zeytun yağı töküb yaxşıca qarışdırın. Hazırladığınız sousu kahının üstünə tökün. Üzərinə qızardılmış çörək və toyuq ətini də əlavə edib qarışdırın. Pəhriz salatınız hazırdır!

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz