Azərbaycancaaz
Mir.az » Resept » Səhər -Axşam Fərqi Yox: Türkiyə Mətbəxindən Paçanqa Börəyi Resepti

Səhər -Axşam Fərqi Yox: Türkiyə Mətbəxindən Paçanqa Börəyi Resepti

13
asan resept,asan yemək resept,sadə resept
810 calories, 8 grams fat
Səhər -Axşam Fərqi Yox: Türkiyə Mətbəxindən Paçanqa Börəyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Bastırmanın füsunkar dadı, bir dişləmədə uzanan holland pendirinin teksturası... Hər yeməkdə əla seçim olan paçanqa börəyini restoranlarda yeməyə öyrəşmişik. Ancaq həftə sonu səhər yeməyi üçün də çox asan olan bu reseptlə səhər yeməyinizi zəngin edə bilərsiniz.
Bastırma yerinə incə dilimlənmiş kolbasa istifadə edərək reseptə fərqlilik qata bilərsiniz.
Mir.az paçanqa börəyi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

3 ədəd yağlı xəmir (dördə bölünmüş)
100 qram holland pendiri ( sürtgəcdən keçilmiş )
80 qram bastırma (doğranmış)
1 ədəd pomidor (soyulmuş, doğranmış)
2 ədəd yaşıl bibər (doğranmış)

Qızartmaq üçün:
2 stəkan günəbaxan yağı

Hazırlanma qaydası:

Xəmiri üst-üstə qoyduqdan sonra dörd bərabər hissəyə bölüb səkkiz bərabər üçbucaqlı xəmir əldə edin.
Bastırmanı xırda -xırda doğrayın.
Holland pendirini sürtgəcdən keçirin.
Soyulmuş pomidorları kiçik kub formasında doğrayın.
Yaşıl bibərləri halqa şəklində doğrayın.
Bastırma, holland pendiri, pomidor və bibəri bir qabda qarışdırıb üçbucaqlı formasında kəsdiyiniz xəmirlərin geniş hissəsinə 1-2 qaşıq qoyun. Əvvəlcə kənarlarından bükün və sonra rulon şəklində büküb xəmirin ucunu su ilə isladıb yapışdırın və üstünü örtün.
Günəbaxan yağını qızdırın və bükülmüş xəmirləri isti yağda qızardın.
Artıq yağın çıxması üçün kağız dəsmal ilə örtülmüş servis boşqabında 2-3 dəqiqə gözlədikdən sonra isti halda servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz