Səhər və Axşam Fərqi Yoxdur: Pacanqa Börəyi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən börək resepti.
Pastraminin füsunkar dadı, bir dişləmədə uzanan holland pendirinin ləzzəti... Səhər axşam fərq etməədn hər zaman yeyə bildiyimiz paçanqa börəyi daha çox restoranlarda başlanğıc yeməyi olaraq verilir. Həmçinin həftə sonu səhər yeməyi üçün də çox praktik olan bu reseptlə səhər yeməyinizi daha zəngin edə bilərsiniz. Pastırma yerinə incə dilimlənmiş kolbasa istifadə edərək resepti fərqliləşdirə bilərsiniz.
Yaxşısı siz bu pacanqa börəyindən çox edin və qonaqlarınıza isti-isti verin. Əmin olun ki, hamısı sizin börəyinizə heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
3 yuxa (dörddəbirə bölünmüş)100 qram holland pendiri (rəndələnmiş)
80 qram doğranmış pastırma (yoxdursa kolbasa)
1 pomidor (soyulmuş və doğranmış)
2 yaşıl bibər (doğranmış)
Qızartmaq üçün:
2 stəkan günəbaxan yağı
Hazırlanma qaydası:
1. Xəmiri qatladıqdan sonra dörd bərabər hissəyə bölün və səkkiz bərabər, üçbucaqlı xəmir parçası əldə edin.
2. Pastırmanı (yoxdursa kolbasa) nazik-nazik dilimlər halında doğrayın. Holland pendirini rəndələyin.
3. Soyulmuş pomidorları kiçik kublar şəklində doğrayın. Yaşıl bibərləri halqa formasında doğrayın.
4. Pastırma, holland pendiri, pomidor və bibəri bir qabda qarışdırın.
5. Mətbəx dəzgahına üçbucaqlı yuxa parçalarını açın.
6. Qarışdırdığınız inqrediyentləri 1-2 qaşıq şəklində üçbucaqlı yuxa parçasının enli hissəsinə qoyun və əvvəlcə kənarlarından bükün və sonra rulonla sarın. Xəmirin ucunu su ilə isladıb ağzını bağlayın.
7. Günəbaxan yağını qızdırın. Bükülmüş yuxanı isti yağda qızardın.
8. Qızardıqdan sonra artıq yağı çıxarmaq üçün kağızla bükün, sonra servis edin.

Şərhlər 0
Şərh Yaz