Dörd İnqrediyentlə Möhtəşəm Ləzzət: Unsuz Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Sufle kimi ləzzətli bir keks düşünün... İçi azca nəmli və şokoladla zəngindir! Undan istifadə etmədən dörd inqrediyentlə hazırlaya biləcəyiniz inanılmaz unsuz keks reseptimiz var. Çay saatı və nahar sonrası desert ləzzətinin axtarılan resepti olmağa namizəd olan bu deserti hər kəs sevəcək.
İstəsəniz, inqrediyentlərə fındıq, qoz, badam əlavə edərək dadını zənginləşdirə bilərsiniz. Bundan əlavə qapalı qabda saxlasanız, hava keçməsə, ertəsi gün də nəmliyini saxlayacaq. Mir.az unsuz keks reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
3 ədəd yumurta1 stəkan qəhvəyi şəkər tozu
200 qram tünd şokolad
200 ml. qaymaq
Hazırlanma qaydası:
Tünd şokoladı benmaridə ( buxarda ) əridin və üzərinə qaymaq əlavə edib qarışdırın.
Tam əridikdən sonra şokolad və krem qarışığını ocaqdan götürüb soyumağa buraxın.
Yumurta və şəkər tozunu qar kimi olana qədər mikserlə çalın.
Soyudulmuş qaymaqlı şokoladlı qarışığa az-az qar kimi yumurta qarışığını əlavə edin və yumurtalı qarışığı aşağıdan yuxarı qarışdırın.
Qarışığı yağlanmış keks qəlibinə töküb əvvəlcədən isidilmiş 190 dərəcə sobada 25-30 dəqiqə nəzarət altında bişirin.
Bişdikdən sonra dilimləyib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz