Azərbaycancaaz
Mir.az » Resept » Ağızda Dağılır : Düdüklü Qazanda Yumşaq Ət Qovurma Resepti

Ağızda Dağılır : Düdüklü Qazanda Yumşaq Ət Qovurma Resepti

467
asan resept,asan yemək resept,sadə resept
660 calories, 6 grams fat
Ağızda Dağılır : Düdüklü Qazanda Yumşaq Ət Qovurma Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bəzən tavada bişirdiyimiz ət dad baxımından nə qədər gözəl olsa da, yumşaqlıq baxımından bizi sevindirməyə bilər.Bu məqamda bişirmə üsulunu dəyişdirmək, yəni düzgün texnika tapmaq vacibdir. Düdüklü qazan mətbəxdə ən böyük köməkçilərimizdən biridir. Yeməkləri öz buxarı ilə bişirməklə yanaşı, daha sürətli bişirməyə imkan verir və ət və toyuq kimi qidaları yumşaq edir.
Mətbəxinizdə düdüklü qazan yoxdursa, bu resepti çox zəif odda 3-4 saat bişirməklə yumşaq ətlər hazırlamaq mümkündür.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

1 kiloqram mal əti (kub doğranmış)
1 ədəd soğan (doğranmış)
1 diş sarımsaq
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı maye yağ
1/2 çay qaşığı kəklikotu
2 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 litr su (5 stəkan)

Hazırlanma qaydası:

Kərə yağını düdüklü qazanda əridin.Yaxşıca qızdıqdan sonra kub şəklində doğranmış əti içinə atın və ağzını bağlayın.
Ət suyunu buraxıb çəkənə qədər qovurun.
Ət bişdikdən sonra soğan və sarımsağı əlavə edin.
Sonda ədviyyatlar, duz və su əlavə edib düdüklü qazanın qapağını bağlayın.
Orta istilikdə 20 dəqiqə, zəif odda 30 dəqiqə bişirin.
Yumşaq ətiniz hazırdır.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz