Azərbaycancaaz
Mir.az » Resept » Çox da Sağlıqlı : Ev Üsulu Pendirli Kraker Resepti

Çox da Sağlıqlı : Ev Üsulu Pendirli Kraker Resepti

90
asan resept,asan yemək resept,sadə resept
1 kiçik banka7 calories, 1 kiçik banka grams fat
Çox da Sağlıqlı : Ev Üsulu Pendirli Kraker Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Bu gün haqqında danışmaq istədiyim çox mühüm bir məsələ var. Bütün qablaşdırılmış, paketlənmiş və konservləşdirilmiş məhsulları həyatımızdan çıxarmaq. Niyə onlardan uzaq durmalıyıq? Qida sənayesi qablaşdırılmış qidaların ömrünü uzatmaq üçün onlara çoxlu kimyəvi maddələr əlavə edir. Rəngləndiricilər, qatılaşdırıcılar, qoxu və dad verən kimyəvi maddələr faydalı bakteriyaların ölməsinə səbəb olur.
Bunun üçün məzmunu oxumağı öyrənməli və kimyəvi maddələrdən uzaq durmalıyıq. Bunun çox gözəl nümunəsi olaraq, Mir.az sizə uşaqların və hamımızın sevdiyi qəlyanaltıları evdə çox sağlam və dadlı şəkildə hazırlaya biləcəyimizi göstərmək üçün xırtıldayan pendirli kraker resepti təqdim edir.Budur,holland pendirli ,evdə hazırlanmış pendir kraker resepti.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 kiçik banka nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

7 dəqiqə

Tərkibi:

1 stəkan buğda unu
1/2 stəkan noxud unu
1 xörək qaşığı kərə yağı
100 qram holland pendiri
1 çay qaşığı qırmızı bibər tozu
1/2 çay qaşığı acı bibər tozu
1/2 çay qaşığı duz
1 xörək qaşığı su

Hazırlanma qaydası:

Un, duz və ədviyyatları qarışdırın.
Holland pendirini sürtgəcdən keçirib incə doğrayın.
Una kərə yağı, holland pendiri və otaq temperaturunda saxlanan suyu əlavə edib xəmir yoğurun. Xəmir qatılaşdıqdan sonra 20-30 dəqiqə kənara qoyun.
Oxlovun köməyi ilə nazik şəkildə açıb qəliblə formaya salın.
Forma verdiyiniz kraker xəmirini yağlı kağız sərilmiş soba nimçəsinə düzüb ortasına diş çubuğu ilə nöqtə qoyun ( qabarmasın deyə ) və 180 dərəcədə 7 dəqiqə bişirin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz