Azərbaycancaaz
Mir.az » Resept » Qablaşdırılmış Cipsləri Unudun : Ev Şəraitində Banan Cipsi Resepti

Qablaşdırılmış Cipsləri Unudun : Ev Şəraitində Banan Cipsi Resepti

23
asan resept,asan yemək resept,sadə resept
190 calories, 1 grams fat
Qablaşdırılmış Cipsləri Unudun : Ev Şəraitində Banan Cipsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Film seyr etdikdə çips yemək olduca xoşdur. Ancaq bu çipslər sağlam, faydalı çipslər olmalıdır. Mağazada satılan qablaşdırılmış meyvə çipslərində yüksək fruktozalı qarğıdalı siropu və yağlar var. Mir.az qablaşdırılmış çipsləri unutduracaq dadlı və faydalı ev şəraitində hazırlanmış banan çipsinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

90 dəqiqə

Tərkibi:

1 ədəd banan
Yarı limonun suyu

Hazırlanma qaydası:

Bananın qabığını soyub nazik halqalar şəklində dilimləyin. Yağlı kağız sərilmiş soba sinisinə banan dilimlərini bir-birinə dəyməyəcək aralıqlarda düzüb üzərinə yarı limonun sıxılmış suyunu fırçayla yaxın. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1-1,5 saat bananlar quruyanadək bişirin. Soyuduqdan sonra çipsləri süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz