Azərbaycancaaz
Mir.az » Resept » Ləzzət Partlaması: Kartof Yatağında Atom Məzə Resepti

Ləzzət Partlaması: Kartof Yatağında Atom Məzə Resepti

51
asan resept,asan yemək resept,sadə resept
45 calories, 4 grams fat
Ləzzət Partlaması: Kartof Yatağında Atom Məzə Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Xırtıldayan kartof, atom acısı və sarımsaqlı qatıqla süfrənizin baş tacı olacaq məzələrdən biri ilə tanış olmağa hazırsız ? Damaqda tam ləzzət partlayışı yaradacaq. Demək olar ki, hər kəsin evində olan və ya asanlıqla tapıla bilən inqrediyentlərlə bir neçə dəqiqə ərzində hazırlana və masaya qoyula bilən asan bir məzə resepti. Necə bitdiyini heç bilməyəcəksiniz. Budur, Mir.az kartof yatağında atom məzə reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

3 ədəd kartof
10 ədəd qırmızı uzun bibər
1 çay qaşığı kərə yağı
4 xörək qaşığı zeytun yağı
4 xörək qaşığı süzmə qatıq
1 diş sarımsaq
1 çay qaşığı duz

Qızartmaq üçün:
1/2 stəkan maye yağ

Hazırlanma qaydası:

Əvvəlcə kartofu soyub doğrayın. (Daha xırtıldayan olması üçün bir az suda saxlaya bilərsiniz.)
İsti yağda kartofu qızardıb servis boşqabına qoyun. Tavaya kərə yağı, zeytun yağı və doğranmış bibər əlavə edib qovurun.
Qızardılmış kartofu süfrəyə aparmazdan əvvəl üzərinə sarımsaqlı qatıq ardı ilə dəmbibərləri əlavə edib servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz