Azərbaycancaaz
Mir.az » Resept » Belə Bir Ləzzət Yoxdur: Atom Məzəsi Resepti

Belə Bir Ləzzət Yoxdur: Atom Məzəsi Resepti

957
asan resept,asan yemək resept,sadə resept
45 calories, 4 grams fat
Belə Bir Ləzzət Yoxdur: Atom Məzəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Məzə resepti.
Məzə süfrənin ən yaxşı başlanğıcı, xoş söhbətlərin ən yaxşı yoldaşıdır. Müxtəlif qəlyanaltıların başlanğıcı olduğu masalar çox şən və xoş olur. Bu süfrələrin ən əvəzolunmaz məzəsi atomdur. Atom adı bəlkə də seçilmiş ən gözəl addır. Çünki acısı atom effekti yaradır Nə qədər acı olsa da, doymursan, çəngəl batırırsan.
Bu dadlı atomu hazırlamaq çox asandır. Və onu ləzzətli edən inqrediyentləri tapmaq da bir o qədər asandır. ŞQonaqlarınız üçün quracağınız ləzzətli süfrənizdə mütləq olmasını tövsiyə edirik.Həm iştahanı açır,həm də ürəkləri fəth edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

2,5 stəkan süzmə qatıq
2 diş əzilmiş sarımsaq
1 çay qaşığı duz
6 ədəd qurudulmuş qırmızı bibər
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı duru yağ
1/4 çay qaşığı qırmızı bibər tozu

Hazırlanma qaydası:

Bir qabda əzilmiş sarımsağı,duz və süzmə qatığı yaxşıca qarışdırın.
Ayrı bir tavada duru yağı və kərə yağını əridin.
Qurudulmuş qırmızı bibəri doğrayıb ərinmiş yağın üzərinə əlavə etdikdən sonra qırmızı bibər tozunu da atıb qarışdırın. 3-4 dəqiqə gözlədikdən sonra qazın altını söndürün.
atom-məzə-addım-9
Qaşıqla süzmə qatığa forma verib üzərinə yağlı bibər məzəsini tökdükdən sonra servis edə bilərsiz.


NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz