Azərbaycancaaz
Mir.az » Resept » Qatıqlı və Köklü Asan Hazırlanan Məzə Resepti

Qatıqlı və Köklü Asan Hazırlanan Məzə Resepti

289
asan resept,asan yemək resept,sadə resept
515 calories, 5 grams fat
Qatıqlı və Köklü Asan Hazırlanan Məzə Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Məzə resepti.
Soyuq qəlyanaltı resepti axtarırsınızsa,bunu mütləq sınamalısınız.Bu elə bir ləzzətdir ki, asılılıq yaradır və vitaminlərlə doludur! Axşam yeməyinin yanına yaraşacaq çox asan və təravətləndirici qatıq və kök məzə reseptini hazırlayın. Hər kəs dadına valeh olacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 6-7 ədəd kök
  • 1 ədəd soğan
  • 4 xörək qaşığı qatıq
  • 2 diş sarımsaq
  • 2 xörək qaşığı su
  • 3 xörək qaşığı duru yağ

Hazırlanma qaydası:

Soğanı kub şəklində doğrayın.
Kökləri soyub sürtgəcdən keçirin.
Tavaya yağ tökün və soğanı təxminən 1 dəqiqə qızardıb kökü əlavə edin və yumşaq olana qədər bildirin.
Kök qarışığı qovrulana qədər məzə üçün sous hazırlayın. Bunun üçün sarımsağı əzib ,üzərinə su və qatığı əlavə edib qarışdırın. Sous hazırdır.
Yumşaq kök qarışığı bişib azca soyuyandan sonra üzərinə sarımsaqlı qatıq sousunu töküb servis edə bilərsiniz.
İstəsəniz məzənizi ədviyyatlarla , qozla daha da ləzzətləndirə bilərsiniz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz