Azərbaycancaaz
Mir.az » Resept » Dadı Bir Başqa :Südlü Kartof Püresi Resepti

Dadı Bir Başqa :Südlü Kartof Püresi Resepti

324
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Dadı Bir Başqa :Südlü Kartof Püresi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Kərə yağı və südün əlavə edilməsi ilə hazırlanan kartof püresi tək başına əsas yemək kimi verilə bilər və ya bir çox reseptlərə uyğun gələn xilaskar qarnir kimi hazırlayıb süfrəyə verə bilərsiniz
Çox asan resept kimi görünsə də, bəzən kartof püresi reseptini tam tətbiq etməyəndə pürenin dadını xarab olan xəmirə bənzədənlər də var. Odur ki,Mir.az bu püre reseptini sizin üçün təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

6 ədəd orta ölçü kartof
1 stəkan süd
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər tozu (zövqə üçün)

Hazırlanma qaydası:

Soyulmuş kartofları qazana qoyun və üzərini örtəcək qədər su əlavə edib yumşalana qədər bişirin.(Kartofunuzun bişib bişmədiyini bıçaqla yoxlayın)
Bişdikdən sonra kartofların suyunu süzün və kərə yağı əlavə edib yaxşıca əzin.Üzərinə duz, istiot və süd əlavə edib gözəl, hamar bir püre əldə edənə qədər əzməyə davam edin.
Kartof püreniz hazırdır!

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz