Asan və Ləzzətli: Kartof Mantısı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Əgər kartoflu yeməkləri sevirsinizsə və onları asan və fərqli şəkildə süfrələrinizə təqdim etmək istəyirsinizsə, bu resepti bəyənəcəksiniz! Kartofu kökü ilə şirinləşdirib və süzmə qatığı əlavə edib dadına dad veririk. Təbii ki, bununla bitmir. Bu dadı ədviyyatlar və təbii ki, yağ və tomat pastası sousu müşayiət edir. Onu əsas yeməklə qarnir və ya çay saatı üçün dadlı salat kimi süfrəyə verə bilərsiniz. Bu dadlı ləzzətə heç kim yox deyə bilməz!

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
Kartoflu məhlul üçün:2 xörək qaşığı maye yağ
6 ədəd kök (sürtgəcdən keçilmiş)
8 ədəd kartof (qaynadılmış, sürtgəcdən keçilmiş)
2 çay qaşığı duz
Üzəri üçün:
2,5 stəkan süzmə qatıq (istəyə görə sarımsaq ilə)
2 xörək qaşığı kərə yağı
1.5 xörək qaşığı tomat pastası
1 xörək qaşığı quru nanə
1 xörək qaşığı acı bibər tozu
1 xörək qaşığı sumaq
Hazırlanma qaydası:
Kartofu suda qaynadıb qabığını soyun və sürtgəcdən keçirin.
Kökü soyub sürtgəcdən keçirin və qızdırılmış yağlı tavada yumşalana qədər qovurun.
Yumşaldılmış kökün üzərinə kartof və duz əlavə edib 2-3 dəqiqə daha qarışdırın və ocaqdan götürün.
Hazırladığınız kartof qarışığını şüşə qaba (borcama) töküb qaşıq ilə hamarlayın və otaq temperaturunda soyumağa buraxın.
Soyudulmuş kartof qarışığına süzmə qatıq əlavə edib yenidən hamarlayın və 1 saat soyuducuda saxlayın.
Soyudulmuş kartof mantısını dilimləndikdən sonra üzərinə qurudulmuş nanə, acı bibər tozu və sumaq səpin.
Kərə yağını tavada qızdırın və tomat pastasını əlavə edib qovurun.
Tomat pastası qarışığını süfrəyə verməzdən əvvəl mantıların üzərinə töküb sevdiklərinizlə paylaşa bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz