Türkiyə Mətbəxindən: Tarator Sousu Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanatlı resepti.
Bayat çörək qırıntıları, qoz, zeytun yağı, süzmə qatıq, təzə sıxılmış limon suyu, sürtgəcdən keçilmiş sarımsaq və duz. Bu qədər az miqdarda inqrediyentdən belə dadlı sousun çıxması təəccüblüdür. Mir.az ləzzətli tarator sousu reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
3 dilim bayat çörək1/2 stəkan qoz ləpəsi
2 xörək qaşığı zeytun yağı
4 xörək qaşığı süzmə qatıq (və ya mayonez)
1/2 ədəd limonun suyu
3 diş sarımsaq
1 çay qaşığı duz
2 xörək qaşığı mayonez
Hazırlanma qaydası:
Sous hazırlamaq üçün əvvəlcə mətbəx rondosuna çörək qırıntılarını əlavə edib qarışdırın.
Üzərinə qoz,limon suyu,mayonez, qatıq, zeytun yağı və duz əlavə edib tam qarışana qədər prosessordan keçirin.
Hazırladığınız sousu 1 saat soyuducuda saxlayın.
Soyuducuda gözləyən və qatılaşan tarator sousunu incə doğranmış şüyüdün müşayiəti ilə süfrəyə verib sevdiklərinizlə bölüşə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz