Bu Dəfə Unsuz : Nişastalı Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
İndiyə qədər sınadığınız reseptlər arasında sizi ən çox sevindirəcək reseptlərdən biri budur! Gəlin sizi möhtəşəm qabaran və ləzzətli kekslə tanış edək. Unsuz olduğu üçün uzun müddət və daha aşağı temperaturda bişirilməlidir.
Mir.az unsuz hazırlanmış mükəmməl, tam ölçülü,nişastalı keks reseptini təqdim edir. .

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
4 ədəd yumurta1 stəkan şəkər tozu
1/2 stəkan süd
1.5 stəkan maye yağ
2,5 - 3 stəkan buğda nişastası
2 paket vanil
1 paket qabartma tozu
1 çay qaşığı limon qabığı
Hazırlanma qaydası:
Otaq temperaturunda saxladığınız yumurtaları şəkər tozu ilə yaxşıca çalın.
Üzərinə süd və yağı əlavə edib çalmağa davam edin.
Ardı ilə qabartma tozu ,vanil və limon qabığını əlavə edin.
Qarışığa az-az nişasta əlavə edib taxta qaşıqla qarışdırın.Klassik keks xəmirlərindən fərqli olaraq biraz maye halında olacaq.
Hazırladığınız keks xəmirini yağlanmış qəlibə töküb əvvəlcədən isidilmiş sobada 160 dərəcə orta hesabla 40-50 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra keksi otaq temperaturunda soyudub çay və ya qəhvənin yanında süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz