Azərbaycancaaz
Mir.az » Resept » Limon Aromalı : Limonlu Yumşaq Keks Resepti

Limon Aromalı : Limonlu Yumşaq Keks Resepti

56
asan resept,asan yemək resept,sadə resept
635 calories, 6 grams fat
Limon Aromalı : Limonlu Yumşaq Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Dadı damaqlarda qalacaq limonlu ,yumşaq keks resepti.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 1 stəkan şəkər tozu
  • 3 ədəd yumurta
  • 3/4 stəkan maye yağ
  • 3 xörək qaşığı ərimiş yağ
  • 1 stəan qatıq
  • 1 paket qabartma tozu
  • 1/3 limon suyu
  • 1 xörək qaşığı limon qabığı
  • 1 paket vanil
  • 2,5 - 3 stəkan un

  • Üzəri üçün:
  • 1/2 stəkan pudra şəkər
  • 5 xörək qaşığı limon suyu

Hazırlanma qaydası:

Yumurtanı şəkər tozu ilə yaxşıca çalın.
Üzərinə yağ, əridilmiş kərə yağı, limon suyu və qatıq əlavə edib çalmağa davam edin.
Limon qabıqlarını vanillə ovuşdurub qarışığa əlavə edin.
Qabartma tozunu və unu ələyib qarışıma əlavə edin və taxta qaşıq köməyi ilə qarışdırın.
Keks xəmirini yağlanmış keks qəlibinə töküb əvvəlcədən isidilmiş 165 dərəcə sobada 30-40 dəqiqə bişirin.
Limon suyu və pudra şəkəri yaxşıca çalın.
Keksi sobadan çıxarıb otaq temperaturunda soyuduqdan sonra üzərinə hazırladığınız sousu töküb süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz