Az İnqrediyentli , Yumyumşaq: Yumurtasız Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Yumurtaya qarşı allergiyası olanlar və yumurta qoxusunu sevməyənlər... Sizlərin də zövqlə yumşaq keks yeyə bilməyiniz üçün qollarımızı çirmələdik. Heç vaxt “Yumurtasız keks necə qalxır?” deyə düşünməyin.İnanırıq ki, bu keksin yumşaq və köpmüş olduğunu görəndə həmişə etmək istəyəcəksiniz. Üstəlik hazırlanması ən asan keks reseptlərindən biri olacaq! Mir.az yumurtasız keks reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
35 dəqiqəTərkibi:
1 stəkan şəkər tozu1.5 stəkan süd
1 stəkan maye yağ
2 paket vanil
1 paket qabartma tozu
3,5 - 4 stəkan un
Hazırlanma qaydası:
Şəkər tozunu qaba töküb üzərinə az-az süd əlavə edib yaxşıca çırpmağa başlayın.
Yaxşı çırpdıqdan sonra yağ, vanil və qabartma tozunu əlavə edin.
Sonda az-az un əlavə etməyə başlayın.2 stəkan unu əlavə etdikdən sonra qalan unu nəzarətli şəkildə keksinizin ehtiyacı olduğu qədər əlavə edin və qarışdırın.
Hazırladığınız keks xəmirini yağlanmış və unlanmış qəlibə töküb əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30-35 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra dilimləyib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz