Azərbaycancaaz
Mir.az » Resept » Ləzzətli Çay Saatlarında : Asan İslak Peçenye Resepti

Ləzzətli Çay Saatlarında : Asan İslak Peçenye Resepti

1 063
asan resept,asan yemək resept,sadə resept
2020 calories, 20 grams fat
Ləzzətli Çay Saatlarında : Asan İslak Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Peçenyenin südlü şərbətlə birləşməsindən ortaya çıxan möhtəşəm ləzzət.İcazə verin sizi ləzzətli çay saatları və qəhvənizi müşayiət etmək üçün ,gözəl peçenyelər hazırlamaq üçün mətbəxə aparaq. Mir.az südlü şərbətli peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

20 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:


    Xəmir üçün:
  • 125 qram marqarin
  • 1 ədəd yumurta
  • 2,5 stəkan şəkır tozu
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 3 xörək qaşığı kakao
  • 3-4 stəkan un ( apardığı qədər)

  • Şərbət üçün:
  • 1.5 stəkan şəkər tozu
  • 1.5 stəkan süd

Hazırlanma qaydası:

Marqarin, yumurta, şəkər tozu , vanil, qabartma tozu və unu qarışdırıb xəmir yoğurun.Xəmirdən qoz böyüklüyündə götürüb peçenyelər haxırlayın.
Peçenyeləri əvvəlcədən isidilmiş 180 dərəcə sobada çatlayana qədər bişirin.
Sonra bir qabda süd və şəkər tozunu isidərək şərbət hazırlayın.Peçenyelər bişənə qədər şərbəti soyudun.
Peçenyelər isti, şərbət isə soyuq halda olanda peçenyeləri şərbətə batırıb çıxarın.
İstədiyiniz kimi bəzəyib çay və ya qəhvənin yanında süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz