Xırtıldayan Toyuq Qızartması Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Hazırlanması çox asan, lakin damaqda dad qoyan reseptlə qarşınızdayıq! Asan ,xırtıldayan toyuq reseptini hər kəs çox sevəcək.
Hazırlanması çox asan, lakin damaqda dad qoyan reseptlə qarşınızdayıq! Asan ,xırtıldayan toyuq reseptini hər kəs çox sevəcək.
NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
5 dəqiqəTərkibi:
1 stəkan un1/3 stəkan su ( az-az əlavə edin qatı olmamalıdır)
1 çay qaşığı duz
1/2 çay qaşığı kimyon
1 çay qaşığı acı bibər tozu
500 qram toyuq qanadı
3-4 stəkan maye yağ (qızartmaq üçün)
Hazırlanma qaydası:
Əvvəlcə 1 stəkan un, duz, kimyon, acı bibər tozu və istədiyiniz ədviyyatları bir qaba əlavə edin və yavaş-yavaş su əlavə edib qarışdırın (Bərk olmamalıdır,blinçik xəmiri kimi olmalıdır.).
Bu qarışıma toyuq qanadlarını əlavə edib yaxşıca qarışdırın.
Qızartmadan əvvəl yenidən una batırmağı unutmayın. ( Una duz əlavə edin.)
Artıq unu silkələyin və tavada qızdırılmış yağda hər iki tərəfini qızardın.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz