Azərbaycancaaz
Mir.az » Resept » Bol Ədviyyatlı : Limonlu Toyuq Qanadları Resepti

Bol Ədviyyatlı : Limonlu Toyuq Qanadları Resepti

39
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Bol Ədviyyatlı : Limonlu Toyuq Qanadları Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Çox az adam olar ki,souslu toyuq qanadları görəndə onları yemək istəməsin.Yeməyə başlayanda özünü saxlaya bilmirsən,ancaq yemək istiyirsən. Qarşınızda elə bir toyuq resepti var. Dərisi qızarmış ,xırtıldayan, içərisi isə bir o qədər də şirəli.Üstəlik,bol ədviyyatlıdır və limon iyi verir.
Məsələ ondadır ki, toyuq qanadlarını əvvəlcə tavada iki üzünü də çevirib qızardın.Sonra isə sobada bişirin.
Zövqünüzə görə ədviyyatın miqdarını artıra və ya azalda bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

350 qram toyuq qanadları
1 xörək qaşığı qatıq
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı sürtkəcsən keçilmiş limon qabığı
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı qırmızı pul bibər
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz

Bişirmək üçün:
2 xörək qaşığı kərə yağı

Hazırlanma qaydası:

Toyuqdan başqa bütün marinad inqrediyentlərini bir qabda qarışdırın.
Sonra içinə toyuq qanadlarını əlavə edib bütün sousu canına çəkərək qarışdırın.
Üzərini streçlə örtüb 1 saat soyuducuda saxlayın.
Ocağın üzərinə tavanı qoyub kərə yağını əlavə edin.
Marinadlanmış toyuq qanadlarını bir neçə dəqiqə hər iki tərəfini yarım qızarmış şəkildə qızardın.
Sonra soba qabına qoyub istədiyiniz şəkildə qızarana qədər 180 dərəcədə təxminən 10-15 dəqiqə bişirin.Çıxarıb isti halda servis edin.


NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz