Azərbaycancaaz
Mir.az » Resept » Restoranlarda Yediyinizdən Daha Gözəl : Köri Souslu Toyuq Resepti

Restoranlarda Yediyinizdən Daha Gözəl : Köri Souslu Toyuq Resepti

115
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Restoranlarda Yediyinizdən Daha Gözəl : Köri Souslu Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Cənub-Şərqi Asiya mətbəxinin vazkeçilməz ədviyyatı olan körinin tərkibində sumaq, zəncəfil, zirə, keşniş və.s ədviyyatlar vardır.Ədviyyatlarla tam şəfa mənbəyi olma xüsusiyyətinə malikdir. Ağ ətlə mükəmməl qarışan köri ən çox toyuq ətini sevir. Budur, necə dadlıdır: Köri sousu ilə toyuq resepti!
Mir.az köri sousunun hazırlanma qaydasını bir-bir izah edir. Onu kartof püresi, salat və ya düyü ilə süfrəyə verə bilərsiniz. Restoranlarda hazırlanan köri souslu toyuqdan qat-qat dadlıdır, onu yeyən hər kəs reseptini istəyəcək. Bu ləzzəti tez-tez bişirmək istəyəcəksiniz.
Əgər köri sousunun dadını sevirsinizsə, köri souslu makaron reseptinə bir şans verə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 600 qram doğranmış toyuq filesi
  • 2 xörək qaşığı maye yağ

  • Sous üçün:
  • 1 xörək qaşığı un
  • 2 xörək qaşığı kərə yağı
  • 2 stəkan soyuq süd
  • 1/2 stəkan isti su
  • 1 çay qaşığı köri
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı duz

  • Servis üçün:
  • 1/4 dəstə cəfəri

Hazırlanma qaydası:

Yağı tavada qızdırın və doğranmış toyuq filesini əlavə edib orta odda qəhvəyi rəng alana qədər qovurun.
Köri sousunu hazırlamaq üçün ayrı bir tavada kərə yağını əridin.Üzərinə unu əlavə edib qoxusu gələnə və rəngi çıxana qədər qarışdıraraq qovurun.
Ardı ilə soyuq südü əlavə edin və unun bir-birinə yığılmaması üçün tez bir zamanda çırpma ilə qarışdırın.Qaynar su, köri, duz və istiot əlavə edin.
Sousu az odda 4-5 dəqiqə davamlı qarışdıraraq qatılaşana qədər bişirin.
Hazırladığınız sousu qovrulmuş toyuqlara əlavə edin və qarışdırdıqdan sonra 5 dəqiqə daha bişirmə prosesinə davam edin.
Köri sousu ilə toyuğa bir ovuc xırda doğranmış cəfəri əlavə etdikdən sonra gözləmədən isti halda servis edin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz