Azərbaycancaaz
Mir.az » Resept » Protein Deposu : Qiyməli Çörək Kababı Resepti

Protein Deposu : Qiyməli Çörək Kababı Resepti

89
asan resept,asan yemək resept,sadə resept
110 calories, 1 grams fat
Protein Deposu : Qiyməli Çörək Kababı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Qiyməli çörək kababı resepti asanlığı, büdcəyə uyğunluğu və hazırlanması ilə xilaskar reseptlərinizdən biri olacaq. Evdə çörək və ya lavaşdan istifadə edə biləcəyiniz bu reseptdən nahar üçün tez və doyurucu bir yemək hazırlaya, ya da axşam yeməyi süfrələrinizdə sevdikləriniz üçün hazırlayacağınız ləzzətli süfrələrə daxil edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:


    Sous üçün:
  • 3 xörək qaşığı duru yağ
  • 150 qram qiymə (mal əti)
  • 1 ədəd soğan
  • 1 ədəd kök
  • 2 ədəd göbələk
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1/2 çay qaşığı kimyon
  • 1 çay qaşığı duz
  • 1 çimdik qara istiot
  • 1/2 stəkan sürtkəcdən keçilmiş pomidor
  • 2 stəkan isti su

  • Çörək üçün:
  • 1/3 dilim çörək
  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı qatıq
  • 1 çimdik duz

  • Üzəri üçün:
  • 1 çimdik cəfəri
  • 1 çimdik qırmızı bibər tozu

Hazırlanma qaydası:

Qiyməli sous üçün:
Soğan,kök və göbələkləri kiçik kub şəklində doğrayın.
Qiyməni yüksək odda bitki yağı ilə tünd rəng alana qədər qızardın.
Ardı ilə soğanı, kökü, göbələyi qazana atıb yenidən yüksək odda 3-4 dəqiqə qızardın.
Ədviyyatları və pomidor qabığını əlavə edib qovurun. Qazana az-az qaynar su əlavə edib ocağın istisini azaldın və qapağını bağlayıb təxminən 20-30 dəqiqə bişirin.
Hazırladığınız sousu bankaya və ya saxlama qabına qoyub otaq temperaturunda soyuduqdan sonra soyuducuya istədiyiniz zaman isidərək istifadə edə bilərsiz.
Çörək üçün:
Çörəkləri kiçik kublara kəsib quru və qızılı-qəhvəyi olana qədər tavada orta istilikdə bişirin.
Çörəkləri süfrəyə qoyub eyni tavaya 2-3 qaşıq qiymə sousunu tökün və qaynamağa başlayana qədər qızdırın.
Qızdırılmış sousun üzərinə yumurtanı qırıb ağı bişənə qədər aşağı istilikdə bişirin.
Çörəyin üzərinə yumurta və qiymə sousunu tökün.
Qatığı duzla çalıb çörəyin yanına və ya üzərinə tökün.Boşqabınızın üzərinə doğranmış cəfəri və qırmızı bibər tozu səpib servis edə bilərsiz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz