Qaziantep Mətbəxindən : Xırtıldayan Fıstıqlı Qaymaqlı Katmer Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Katmer yemək üçün Qaziantepə getməyə ehtiyac yoxdur. İlıq suda saxlanılan xəmirlər günəbaxan yağında uzun müddət saxlandıqdan sonra əllə nazik şəkildə açılır. Hazırlanmış qaymaq ,şəkər tozu və boz fıstıqla birləşdikdən sonra kvadrat forma verilir və yağlanıb bişdikdən sonra xırtıldayan halda süfrəyə verilir. Ancaq öz evlərimizdə hazır paxlava xəmiri ilə bunu rahatlıqla etmək də mümkündür. Onun da dadı eynidir. Qaziantepin məşhur deserti katmer ləzzətli formada mətbəxdə sizi gözləyir.
Bir qaşıq dondurma ilə yeməyi unutmayın o Katmerə çox yaraşır.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
3 ədəd yağlı xəmir ( paxlavalıq )1 xörək qaşığı qaymaq
2 xörək qaşığı toz fıstıq ( Antep fıstığı )
2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı kərə yağı
Hazırlanma qaydası:
3 ədəd paxlavalıq yağlı xəmiri üst-üstə qoyun. Xəmirin üzərinə xırda-xırda 1 xörək qaşığı qaymaq və kərə yağı qoyun ( sürtməyin,yaymayın ).
Bir qabda şəkər tozu və yer fıstığını qarışdırıb xəmirin hər tərəfinə yayın.
Sonra xəmirin uzun və qısa tərəflərini qatlayıb zərf formasını verin.
Böyük bir tavaya yarım xörək qaşığı kərə yağı qoyub əridin və yağlı xəmirin hər iki tərəfini qızarana qədər bişirin. ( Sobada da 8-10 dəq. bişirə bilərsiniz).
Qızardıqdan sonra servis boşqabına qoyub üzərini fıstıq və qaymaqla bəzəyib dilimlədikdən sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz