Olmazsa Olmaz : Vermişelli Plov Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Plov resepti.
Hər əsas yeməyə uyğun onun yanında hazırlanan əlavə yeməklər var. Onların arasında plov liderlik təşkil edir. Dənə-dənə olması və yağlı,ləzzətli dadı ilə əvəzolunmaz yeməkdir. Mir.az vermişelli plov reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
2 stəkan düyü2 xörək qaşığı xırda vermişel
2,5 stəkan qaynar su
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı maye yağ
1 çay qaşığı duz
3 damcı limon suyu
1/2 çay qaşığı şəkər tozu
Hazırlanma qaydası:
Düyünü yaxşıca yuduqdan sonra nişastasını çıxarmaq üçün duzlu qaynar suda yarım saat saxlayın.
Vermişeli kərə yağı və maye yağ əlavə olunmuş tavada qızarana qədər qovurun.
Ardı ilə düyünü əlavə edib bir az daha qovurmağa davam edin.
Bu mərhələdə limon suyu ( parlaqlığı üçün ),şəkər tozu ( dənə-dənə olması üçün ),duz və su əlavə edib qarışdırın və qapağını bağlayıb az odda bişirin.
Suyu çəkilən düyünün üzərini bir parça ilə örtün və qapağını bağlayaraq dəmlənməsini gözləyin.
Vermişelli düyü plov hazırdır!
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz