Azərbaycancaaz
Mir.az » Resept » Bildiyiniz Pankeklərdən ( Pancake ) Fərqli :Sokka (Socca ) Resepti

Bildiyiniz Pankeklərdən ( Pancake ) Fərqli :Sokka (Socca ) Resepti

16
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Bildiyiniz Pankeklərdən ( Pancake ) Fərqli :Sokka (Socca ) Resepti

Yemək Haqqında:

İtaliya mətbəxindən Qəlyanaltı resepti.
Bu gün Mir.az sizə ləzzətli, az tərkibli, lakin sizi təəccübləndirəcək məşhur resept təqdim edir.O İtaliyada farinata ,Fransanın Nitsa şəhərində sokka (socca) kimi tanınır. Əsas tərkib hissəsi noxud unu olan bu asan hazırlanan resepti bəyənəcəksiniz. Noxud unundan pancake də deyə biləcəyimiz sokka (socca) reseptini həm tək başına, həm də üzərinə istədiyiniz inqrediyentləri əlavə edərək də yeyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

2 dolu yemək qaşığı noxud unu (və ya noxud püresi)
2 ədəd yumurta
1/2 stəkan süd
1 çay qaşığı zeytun yağı
1/2 çay qaşığı kimyon
1/2 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Noxud ununun üzərinə yumurta,süd və ədviyyatları əlavə edib bütün inqrediyentlər birləşənə qədər qarışdırın.
Tavanı qızdırın və zeytun yağını əlavə edin. Hazırladığınız pankek (pancake) qarışığını tavanın hər tərəfini örtəcək şəkildə çömçə ilə töküb hər iki tərəfini qızardaraq bişirin.
Bütün pankeklər (pancake ) bişdikdən sonra isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz