Men Bunu Yeyərəm: Köhnə Çörəkdən Pomidor Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Yaxın gəlin! Çörəyi bu dəfə salatın suyuna batırmayacağıq, əksinə çörəyi salata əlavə edəcəyik. Mir.az dolu-dolu ,yüngül bir salat reseptini təqdim edir. Əminik ki, ləzzətli sousu ilə sizi valeh edəcək.
İsrafın qarşısını alan bu reseptimiz yay və qış süfrələrinizi şənləndirməyə hazırdır.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
1/2 ədəd çörək ( türklərin pide çörəyi )3 ədəd pomidor
2 ədəd uzun bibər
2 ədəd xiyar
1 ədəd qırmızı soğan
1/4 dəstə cəfəri
Sous və servis üçün:
3-4 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı alma sirkəsi
2 xörək qaşığı nar şərab
1/2 ədəd limonun suyu
1 çay qaşığı duz
1 çay qaşığı sumaq
1 çay qaşığı kəklikotu
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı qara istiot
50 qram ağ pendir
5-6 yarpaq reyhan
7-8 ədəd zeytun
Hazırlanma qaydası:
Çörəyi iri-iri doğrayın və tavaya bir az zeytun yağı əlavə edib vam odda qovurun.
Dərin bir qaba doğranmış xiyar ,bibər və pomidorları (müxtəlif pomidorlardan istifadə edə bilərsiniz), üzük formasında doğranmış qırmızı soğanı və incə doğranmış cəfərini əlavə edib qarışdırın.
Üzərinə ədviyyatlar, sirkə, nar şərab,limon suyu və zeytun yağı əlavə edib yaxşıca qarışdırmağa davam edin.
Pidelərin ( çörəklərin) yarısını servis qabının tökün. Üzərinə salatı, onun ardı ilə isə pendir, reyhan və zeytunu əlavə edin.
Sonda qalan pide parçalarını da əlavə edib servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz