Azərbaycancaaz
Mir.az » Resept » Süfrələrin Şahı : Acılı Əzmə Resepti

Süfrələrin Şahı : Acılı Əzmə Resepti

63
asan resept,asan yemək resept,sadə resept
4 calories, 4 grams fat
Süfrələrin Şahı : Acılı Əzmə Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Mir.az zeytun yağı, təzə sıxılmış limon suyu, acı bibər və nar şərab ilə kabab süfrələrinin vazkeçilməz dadı olan ədviyyatlı acılı əzmə reseptini təqdim edir.
Acılı əzmə ən çox bəyənilən məzələrdəndir və hazırlamağınızı şiddətlə tövsiyə edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 3 ədəd böyük pomidor
  • 3 ədəd uzun bibər
  • 3 diş sarımsaq
  • 6 ədəd təzə soğan
  • 1/2 dəstə cəfəri
  • 1 çay qaşığı bibər pastası
  • 1 ədəd təzə sıxılmış limonun suyu
  • 4 xörək qaşığı zeytun yağı
  • 2 xörək qaşığı nar şərab
  • 1 çay qaşığı nanə
  • 2 çay qaşığı qırmızı toz bibər
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

Kiçik bir qaba bibər pastası, təzə sıxılmış limon suyu, zeytun yağı, nar şərab və ədviyyatları əlavə edib yaxşıca qarışdırın.
Pomidorların qabığını soyduqdan sonra 4 bərabər hissəyə bölün və içərisini çıxarıb xırda-xırda doğrayın. ( Acılı əzmə iqrediyentləri qida prosessorundan keçirilmir. Sadəvə xırda-xırda doöranılır)
İkiyə böldüyünüz və içərisi təmizlənmiş uzun bibərləri,bol suda yuyub,suyunu süzdüyünüz cəfəri və göy soğanı xırda-xırda doğrayın.
Sarımsağı sürtgəcdən keçirin.
Bütün inqrediyentləri br qaba əlavə edin və bibər pastası qarışığı, duz, nanə və qırmızı toz bibər ilə qarışdırın.
Acılı əzmə hazırdır! Sevdiklərinizlə birlikdə soyuq olaraq süfrəyə verib ləzzət ala bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz