Azərbaycancaaz
Mir.az » Resept » Daima Doyurucu Bir Səhər Yeməyi: Qiyməli Yumurta Resepti

Daima Doyurucu Bir Səhər Yeməyi: Qiyməli Yumurta Resepti

122
asan resept,asan yemək resept,sadə resept
115 calories, 1 grams fat
Daima Doyurucu Bir Səhər Yeməyi: Qiyməli Yumurta Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Səhər yeməyi resepti.
Çox doyurucu bir səhər yeməyi… Hazırlanması asan olduğu üçün yemək bişirməyi sevməyənlərin belə tez-tez üstünlük verdiyi bir yemək olduğunu söyləyə bilərik.Yəni ,onu təkcə səhər yeməyində deyil, axşam və naharda da doyurucu və asan yemək kimi istifadə etmək mümkündür.
Hər zaman ləzzətlə yeyilən səhər yeməyi reseptlərindən biri olan qiymə ilə yumurta reseptini Mir.az təqdim edir. Ən qənaətcil və praktiki formada sizin üçün, ləzzət alın!

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

2 xörək qaşığı bitki yağı
1 xörək qaşığı kərə yağı
1 ədəd soğan
2 ədəd yaşıl bibər
100 qram çəkilmiş mal əti
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
1/4 çay qaşığı kimyon
1/4 çay qaşığı üyüdülmüş qırmızı bibər tozu
1 çay qaşığı kəklikotu
1/2 çay qaşığı acı bibər tozu
3 ədəd yumurta
1/4 dəstə cəfəri (doğranmış)

Hazırlanma qaydası:

Kərə yağı və bitki yağını tavada qızdırın və üzərinə xırda doğranmış soğanı əlavə edib qızartmağa başlayın. Soğanlar bir az şəffaflaşmağa başlayanda tavaya yaşıl bibər əlavə edib qızartmağa davam edin.
Sonra qiyməni tavaya əlavə edin. Yüngül qarışdırın və üzərinə bütün ədviyyatları əlavə edib qovurun.
Yumurtaları qırmaq üçün tavada qiymə içərisində boşluqlar açın və yumurtaları diqqətlə qırıb üzərinə doğranmış cəfəri səpin. Ağları ərik kimi,sarısı yarı bişmiş olana qədər bişirin. Əgər tam bişmiş xoşunuza gəlirsə, qapağı bağlayın və 3-4 dəqiqə daha bişirib süfrəyə isti halda verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz