Xırt-Xırt bir dad: ispanaqlı Üçbucaq Börək Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Börək resepti.
Belə ləzzətli bir börək düşünün... Dişlədiyiniz zaman xırtıldayan teksturasıyla sizi sevindirən, içliyi ilə dadını çıxara biləcəyiniz möcüzəli börək! Budur xəyallarımızdakı gözəl börək!
Hazırlanması çox sadə olan bu börəyi müxtəlif içliklərlə hazırlaya bilərsiniz. Kartof, pendir və tərəvəz bu börəyə çox yaraşacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
Bir böyük nimçə nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
7 - 8 ədəd paxlavalıq yağlı xəmiri (İstəyə görə 4 ədəd)1 dəstə ispanaq (təmizlənmiş)
1 ədəd soğan
1 stəkan sürtgəcdən keçilmiş holland pendiri
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
4 xörək qaşığı maye yağ
Hazırlanma qaydası:
Böyük bir tavada yağı qızdırın və soğanları yumşalana qədər qovurun.
Soğanlar yumşaldıqdan sonra ispanağı əlavə edib qovurmağa davam edin.
Zövqə görə duz və istiot əlavə etdikdən sonra sote edilmiş ispanağı ocaqdan götürün və soyumağa buraxın.
Xəmirlərdən birini masanın üzərinə açıb fırça ilə azca yağlayın və dörd barmaq enində zolaqlara kəsin.
Xəmirin ucuna bir qaşıq ispanaqlı içlikdən qoyub üçbucaq şəklində qatlayın ki, bir sağ və bir sol künc üst-üstə düşsün. ( Xəmirin ucunu su vurub yapışdırın ki, bişirərkən açılmasın.)
Hazırladığınız xəmirləri soba nimçəsinə düzüb əvvəlcədən 180 dərəcə isidilmiş sobada təxminən 15 dəqiqə bişirin və isti halda süfrəyə verin.
Əgər börəyi adi yağlı xəmiri ilə etmisinizsə, xəmirlərinizi qızdırılmış yağda da üzəri qızılı rəng olana qədər qızarda bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz