Qozsuz Olmaz: Əncirli Südlü Desert Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Desert resepti.
Uşaqlığınıza qısa bir səyahətə hazırsınız?
Bu gün Mir.az’ın təqdim etdiyi,analarımızın tez-tez hazırladığı yumşaq pudinq hazırlayacağıq. Bu dəfə qurudulmuş ənciri əlavə edib pudinqi daha da ləzzətləndirdik.Bu sayədə həm şəkər tozunu azaldır, həm də xırtıldayan əncir tumları ilə kefimizə ləzzət qatırıq. Əncir və qozun yaxın dostluğunu xatırlayaraq, sonda birləşdiririk. Ortaya isə yüngül südlü desertlərdən biri olan əncirli südlü desert çıxır!

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
5 stəkan süd4 xörək qaşığı nişasta
2 xörək qaşığı un
1/3 stəkan şəkər tozu
1 paket vanil
10 ədəd quru əncir
1 xörək qaşığı kərə yağı
Üzəri üçün:
5 ədəd qoz ləpəsi
Hazırlanma qaydası:
Əncirin üzərinə qaynar su əlavə edib 5 dəqiqə gözləyin.
Süd, nişasta, un, şəkər tozu və vanili bir qazana töküb yaxşıca qarışdırın.
Qarışığı qaynayana qədər qarışdıraraq aşağı-orta odda bişirin.
Qaynamağa başlayanda ənciri əlavə edib bir müddət bişirin.
Pudinqi ocaqdan götürdükdən sonra kərə yağı əlavə edib yaxşıca qarışdırın və servis qablarına payladıqdan sonra üzərinə qoz səpib sevdiklərinizlə bölüşə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz