Azərbaycancaaz
Mir.az » Resept » Türkiyə Mətbəxindən: Albalı Souslu Saray Lokumu Resepti

Türkiyə Mətbəxindən: Albalı Souslu Saray Lokumu Resepti

61
asan resept,asan yemək resept,sadə resept
1230 calories, 12 grams fat
Türkiyə Mətbəxindən: Albalı Souslu Saray Lokumu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
İçərisində ləzzətli pudinq və albalı sousu ilə mədənizi fəth edən,görünüşü ilə gözlərinizi valeh edən ləzzətli reseptimiz var. Asan və yüngül südlü desert hazırlamaq istəyən həvəskarları bir addım önə dəvət edirik. Mir.az albalı souslu saray lokumu reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

Pudinq üçün:
1 litr süd
1.5 stəkan şəkər tozu
1 stəkan un
2 paket vanil
50 qram kərə yağı

Albalı sousu üçün:
3,5 stəkan albalı suyu
1 xörək qaşığı nişasta
2 xörək qaşığı un
1/3 stəkan şəkər tozu

Üzəri üçün:
2 stəkan kokos

Hazırlanma qaydası:

Qazana süd, şəkər tozu,nişasta və unu töküb yaxşıca qarışdırın və ocağı yandırıb qaynayana qədər qarışdıraraq bişirin.
Bişirdikdən sonra kərə yağı və vanili əlavə edib kərə yağı əriyənə qədər qarışdırın və blenderdən keçirin.
Böyük düzbucaqlı şüşə qabın (borcamın)dibinə kokos səpib üzərinə hazırladığınız pudinqi tökün.
Albalı suyu, un, nişasta və şəkər tozunu ayrıca qazana töküb yaxşıca qarışdırdıqdan sonra ocağı yandırın və davamlı qarışdıraraq qaynayıb qatılaşana qədər bişirin.
Hazırladığınız albalı sousunu pudinqin üzərinə töküb yaxşıca yayın və otaq temperaturuna gəldikdən sonra soyuducuya qoyun.
Soyuducuda təxminən 6 saat qaldıqdan sonra zolaqlara kəsib yumrulayın və servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz