Azərbaycancaaz
Mir.az » Resept » Bildiklərinizi Unudun: Almalı Yalançı Profiterol Resepti

Bildiklərinizi Unudun: Almalı Yalançı Profiterol Resepti

111
asan resept,asan yemək resept,sadə resept
510 calories, 5 grams fat
Bildiklərinizi Unudun: Almalı Yalançı Profiterol Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Profiterol dedikdə ağıla klassik reseptlər gəlsə də, bu reseptlə onların hamısını unudacağınıza əminik. Budur alma ilə yalançı profiterollar! Klassik reseptlərdə olduğu kimi mübarizə aparmağa ehtiyac yoxdur. Asan şokoladlı desert resepti hazırlayıb sevdiklərinizə servis etmək istəyirsinizsə, bu resept sizin üçündür.
Mir.az almalı yalançı profiterol reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

Profiterol üçün:
2 ədəd alma
1 paket petibör peçenyesi ( petite beurre )
1 stəkan fındıq
1 səkan qoz
1/2 çay qaşığı darçın
1 ədəd portağalın qabığı

Şokolad sousu üçün:
1 qutu qaymaq (200ml)
3,5 xörək qaşığı kərə yağı (50 qram)
1/2 çay fincanı şəkər tozu (75 qram)
2 paket tünd şokolad (120 qram)
1 paket südlü şokolad (60 qram)

Hazırlanma qaydası:

Almaların qabığını soyub sürtgəcdən keçirin və suyunu yaxşıca sıxın.
Qida prosessoruna peçenye, qoz və fındıqları əlavə edib un halına gətirin.
Almanın üzərinə darçın, sürtgəcdən keçilmiş portağal qabığı və qida prosessorunda çəkdiyiniz inqrediyentləri əlavə edib yaxşıca yoğurun.
Əllərinizlə toplar düzəldin və 15 dəqiqə soyuducuya qoyun.
Şokolad sousu üçün şokoladlardan başqa bütün inqrediyentləri qazana əlavə edin və qarışdırıb ocaqda isidin.( Qaynamamağa diqqət edin.) İsindikdən sonra ocağı söndürüb şokoladları əlavə edin və yaxşıca qarışdırıb şokolad tamamilə əridikdən sonra sousun soyumasına icazə verin. Şokolad sousu soyuduqdan sonra almalı profiterollarının üzərinə töküb süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz