Tərəvəzi Bol: Sacda Toyuq Filesindən Qovurma Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Bu dəfə sacda toyuq bişirməyə nə deyirsiniz? İndiyə qədər yediyiniz ən dadlı toyuq yeməyi olacağından çox əminəm.Tərkibində çoxlu soğan, sarımsaq və bibər olduğu üçün rəngarəng və doyumludur.
Mir.az doymaq bilməyəcəyiniz ən gözəl qovurma reseptlərindən birini təqdim edir: Toyuq filesi qovurma resepti!
Düyü, salat, şorba və ya duzlu xiyar ilə verildikdə gözəl nahar menyusu yaranır.
İstəsəniz lavaşa büküb yeyərək də ləzzət ala bilərsiniz.Bu ləzzəti qaçırmaq olmaz.İndidən sizə uğurlar!

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
2 ədəd yaşıl bibər2 diş sarımsaq
2 ədəd qırmızı bibər
10 ədəd xırda soğanı (və ya 1 ədəd böyüksoğan)
2 ədəd toyuq filesi
1 ədəd pomidor
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı tomat pastası (və ya pomidor püresi)
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
1 çay qaşığı kəklikotu
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
5-6 xörək qaşığı maye yağ
Hazırlanma qaydası:
Maye yağ əlavə etdiyiniz sacı qızdırın.
Doğranmış toyuq filesini orta odda qəhvəyi rəng alana qədər qovurun.
Soğan, sarımsaq və bibər əlavə edib qovurmağa davam edin.
Sonra doğranmış pomidor və tomat püresi əlavə edin.
Ardı ilə ədviyyatları və kərə yağını da əlavə edib üç-dörd dəqiqə daha bişirin.
Bişdikdən sonra isti halda süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz