Nar Kimi Qızarmış Sobada Toyuq Budu Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
İndiyə qədər sınadığınız,yediyiniz toyuq ətini bir kənara qoyun. Bu gün siz tamamilə fərqli toyuq resepti ilə tanış olacaqsız.Ləzzətli marinad olunan toyuq budları sobada bol ədviyyatlı tərəvəzlərlə bişirilir. Sobadan ləzzətli qoxular çıxmağa başlayır. Tomat pastası çox olan toyuqlar yumşaq bişir və nar kimi qızarır.
Sirr toyuqların marinadında, bol ədviyyatda, zeytun yağı və sarımsaqda gizlənir. Bu resepti sınadıqdan sonra bişirdiyiniz toyuqlarınızda quruluq problemi yaşamayacaqsınız.
Vaxtınız varsa, toyuq 1 gecə soyuducuda qalsın.Beləcə daha dadlı olar. Duz , tomat pastası miqdarını zövqünüzə uyğunlaşdırın.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
35 dəqiqəTərkibi:
3 ədəd toyuq budu1 ədəd soğan
3 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı duz
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı qara istiot
1 çay qaşığı kəklikotu
1 çay qaşığı kimyon
1 xörək qaşığı qatıq
Tərəvəz üçün:
1 ədəd qırmızı bibər
1 ədəd soğan
Hazırlanma qaydası:
Marinadı hazırlamaq üçün 1 ədəd sürtkəcdən keçilmiş soğan və 3 diş sarımsaq, 1 xörək qaşığı tomat pastası, hər birindən 1 çay qaşığı duz, qırmızı bibər tozu, qara bibər, kəklikotu, kimyon və 1 xörək qaşığı qatıq əlavə edib yaxşıca qarışdırın.
Sobaya qoyacağınız qabı yağlayıb üzərinə bıçaqla izlər atdığınız 3 ədəd toyuq budunu qoyun.
Hazırlanmış marinadı toyuğun üzərinə çəkin.
Toyuğun kənarına bir baş soğan və qırmızı bibər qoyub əvvəlcədən isidilmiş 200 dərəcə sobada çölü yaxşı qızarana və içi yumşaq olana qədər bişirin. Bişdikdən sonra servis edə bilərsiz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz