Azərbaycancaaz
Mir.az » Resept » Dadından Doymaq Olmur: Qatıqlı Toyuq Şorbası Resepti

Dadından Doymaq Olmur: Qatıqlı Toyuq Şorbası Resepti

28
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
Dadından Doymaq Olmur: Qatıqlı Toyuq Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Şəfalı və dadlı resept… Onun dadı və qoxusu insanı ikinci boşqabı da içməyə vadar edir. Bu gözəl şorbanı evdə bişirmək belə özünüzü xoşbəxt hiss etmək üçün kifayətdir.Üstəlik onun qatıqlı sousu qaymaqlı şorba dadını verir, amma qaymaqlı olmadığı üçün çox daha sağlam və yüngüldür. Dadından doymaq olmur: Qatıqlı toyuq şorbası resepti!
Onun ləzzəti içərisindəki sarımsaqdan gəlir. Dadını isə toyuq bulyonundan alır.
İstəsəniz noxud, düyü kimi paxlalılar əlavə edərək doyumunu artıra bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

1.5 stəkan qatıq
2 ədəd yumurta sarısı
3 xörək qaşığı un
1 ədəd toyuq filesi
7 stəkan su
4 diş sarımsaq
2 xörək qaşığı limon şirəsi
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Toyuq filesinin üzərinə 7 stəkan su əlavə edib bişənə qədər qaynadın.
Qaynadıqdan sonra sudan çıxarıb didin və kənara qoyun.
Ayrı bir qabda qatıq, yumurta sarısı və unu yaxşıca çalın və qaynayan toyuq bulyonuna yavaş-yavaş əlavə edib sürətlə çırpın. Qatığın çürüməməsi üçün tez qarışdırıb yavaş-yavaş əlavə etməyiniz çox vacibdir.
Qatıqlı qarışığı əlavə edin və daim qarışdıraraq yenidən qaynayana qədər bişirin.
Sonra didib kənara qoyduğunuz toyuq ətini, sürtgəcdən keçilmiş sarımsağı əlavə edin və qaynayana qədər qarışdırın.
Şorbanızın altını söndürməzdən əvvəl duz və limon suyu əlavə edin və yenidən qaynamağa başlayanda ocağı söndürün.
Kasalara qoyub üzərinə qara bibər səpdikdən sonra isti halda servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz