Südlü Çörək ( Kömbə ) Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Çörək resepti.
Çörək bişirmək vaxtıdır. Zəmanət verə bilərəm ki, bu südlü çörək resepti ilə çörək hazırlamaq və yemək sizin üçün inanılmaz dərəcədə xoş olacaq. Südlü çörək səhər yeməyi süfrələrinizin əvəzolunmazı olacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 ədəd orta ölçü nəfərlikHAZIRLIQ VAXTI
60 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
500 qram un150 qram kərə yağı
150 mililitr isti süd
1 paket maya
15 qram şəkər (2 çay qaşığı)
10 qram duz (1 çay qaşığı)
2 ədəd yumurta
1 ədəd yumurta sarısı (üzəri üçün)
1 çay qaşığı qara zirə
Hazırlanma qaydası:
Maya ilə ilıq südü yaxşıca qarışdırıb 5 dəqiqə kənarda saxlayın.
Unu böyük bir qaba ələyib otaq temperaturunda olan yağı unla qarışdırın. Üzərinə südlü maya,yumurta və şəkər tozunu əlavə edib yoğurun.
Duz əlavə edib yoğurmağa davam edin.
Hər biri 50 qram olan xəmirləri masanın üstündə mayalandırın.
Sobanı 180 dərəcə qızdırın.
Düzbucaqlı bir soba qabını yağlayıb yüngülcə unlayın.
Mayalanmış kündələrin üzərindən basın və 15 dəqiqə daha mayalandırın.
Südlü çörəyi soba nimçəsinə yuvarlaq formada yan-yana düzüb üzərinə yumurta sarısı çəkin və 20-25 dəqiqə üzəri qızılı rəng alana qədər bişirin.
Hazır olduqdan sonra səhərləri şirinçayın yanında və ya günün istənilən saatı yeyə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz