Azərbaycancaaz
Mir.az » Resept » Ləzzətli Aroması ilə : Limonlu Manolya Deserti Resepti

Ləzzətli Aroması ilə : Limonlu Manolya Deserti Resepti

245
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Ləzzətli Aroması ilə : Limonlu Manolya Deserti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Üzərindəki limon sousunun gözəlliyi və içindəki pudinqin ləzzətli ətri ilə damağınız şənlənəcək. Limonlu manoliya resepti hər qaşıqda ləzzəti hiss edəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

Pudinq üçün:
1 litr süd
1 stəkan şəkər tozu
2 şorba qaşığı un
1 qəhvə fincanı qarğıdalı nişastası
1 paket vanil
2 ədəd yumurta sarısı
1 qutu qaymaq
1 paket biskvit

Limonlu sousu üçün:
1/2 stəkan limon suyu (təzə sıxılmış)
1/2 stəkan su
4 xörək qaşığı şəkər tozu
2 çay qaşığı nişasta
1 ədəd yumurta sarısı
1/2 ədəd limonun qabığı
1 çaynqaşığı kərə yağı
1/4 çay qaşığı duz

Hazırlanma qaydası:

Qaymaqdan başqa bütün inqrediyentləri qazana əlavə edib vam odda qatılaşana qədər tel çırpıcı vasitəsilə qarışdırıb bişirin.
Pudinq qatılaşdıqda ocağı söndürüb içinə qaymağı əlavə edin və mikserlə çalın.
Biskvitləri qida prosessorundan keçirin.
Süfrəyə verəcəyiniz fincanların dibinə 2 xörək qaşığı biskvit əlavə edin və üzərinə bir az pudinq tökün.Ardı ilə biskvit və pudinqi yenidən fincana tökün. Pudinq və biskvitlər bitənə qədər prosesi təkrar edin.
Limonku sousu hazırlamaq üçün bütün inqrediyentləri tavaya əlavə edib tel çırpıcı ilə davamlı qarışdıraraq, az odda qaynayana qədər bişirin. Bişdikdən sonra sousu ocaqdan götürüb hazır olan fincandakı pudinqlərin üzərinə tökün.
3-4 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz