Azərbaycancaaz
Mir.az » Resept » Bildiklərinizdən Çox Fərqli : Limonlu Möcüzəvi Keks Resepti

Bildiklərinizdən Çox Fərqli : Limonlu Möcüzəvi Keks Resepti

743
asan resept,asan yemək resept,sadə resept
2050 calories, 20 grams fat
Bildiklərinizdən Çox Fərqli : Limonlu Möcüzəvi Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
“Mənim keksim köpmür, çökür, qəlibdən çıxmır” deyirsinizsə, buyurun, sizə çox asan keks resepti. .. Bu keksin hazırlanması digərlərindən çox fərqlidir. Şəkər tozunu yumurta ilə ağaranadək çalmaq yoxdur, unu ələməyə ehtiyac yoxdur... 7-70 yaş arası hər kəs rahatlıqla bu keksi hazırlaya bilər.
Sizdə mütləq sınamalısınız!

NEÇƏ NƏFƏR ÜÇÜN

20 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

4 ədəd yumurta
1 stəkan süd İstifadə olunan fincan ölçüsü (250 ml)
200 qram kərə yağı (və ya marqarin)
3 stəkan un
1 paket vanil
1 paket qabartma tozu
1 ədəd limonun qabığı
6 xörək qaşığı limon suyu

Hazırlanma qaydası:

Əvvəlcə keks qəlibinin hər yerini marqarinlə yağlayıb soyuducuya qoyun.
Qabartma tozundan başqa bütün inqrediyentləri bir qaba əlavə edib mikserin ən yüksək gücü ilə təxminən 3 dəqiqə çalın.
Qabartma tozunu əlavə edib mikserlə 30 saniyə daha çalın.Sonra xəmiri taxta qaşıq ilə qarışdırıb
əvvəlcədən yağlanmış qəlibə tökün və əvvəlcədən isidilmiş 180° sobada təxminən 50 dəqiqə bişirin. (Qəlibli kekslərin bişirmə müddəti ən azı 45 dəqiqədir. Hər soba fərqlidir. Mütləq sobaya diqqət yetirin.)
Diş çubuğu ilə keksin bişib bişmədiyini yoxlayın. Bişdikdən sonra sobadan çıxarın. Qəlibdən çıxarmazdan əvvəl təmiz bir parça ilə üzərini örtün və 15 dəqiqə dincəlməsinə icazə verin.
Sonra süfrəyə verəcəyiniz boşqabın üzərinə keksi ters çevirib qəlibdən çıxarın və sevdiklərinizlə bölüşün.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz