Azərbaycancaaz
Mir.az » Resept » Qaymaqlı Qədər Dadlı : Möhtəşəm Kabaçki Şorba Resepti

Qaymaqlı Qədər Dadlı : Möhtəşəm Kabaçki Şorba Resepti

55
asan resept,asan yemək resept,sadə resept
8-1020 calories, 8-10 grams fat
Qaymaqlı Qədər Dadlı : Möhtəşəm Kabaçki Şorba Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Mir.az damağınızı şənləndirəcək ,qaymaqlı şorba qədər dadlı ləzzətli şorba reseptini təqdim edir. Kabaçkini sevməyənlərin belə ləzzət alacağı bir şorba olacağına əminəm.

NEÇƏ NƏFƏR ÜÇÜN

8-10 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 ədəd yaşıl kabaçki
2 dolu xörək qaşığı un
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı yağ
3 stəkan süd
4 stəkan su
1 çimdik şüyüd
Duz, istiot, qara bibər, nanə ( zövqə görə )

Hazırlanma qaydası:

Kərə yağı və maye yağı qazana əlavə edib əridin.
Üzərinə un əlavə edib qoxusu çıxana qədər bir neçə dəqiqə qızardın. Ardı ilə süd və su əlavə edib çəngəllə qarışdırın və qaynamağa buraxın.
Qaynamağa başlayanda qabığı soyulmuş və doğranmış kabaçkini əlavə edin və kabaçki yumşalana qədər bişirin.
Yumşaldıqdan sonra blenderdən keçirib üzərinə duz, şüyüd və ədviyyatları əlavə edin.
Şorbanızın qatılığı istifadə etdiyiniz kabaçkinin ölçüsünə görə dəyişə bilər.
Şorba çox qatı olarsa, yenidən su əlavə edin. Şorbanızı bişirərkən dibinin yapışmaması üçün vaxtaşırı qarışdırmağı unutmayın.
İstəsəniz üzərinə kərə yağını əridib də servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz