Azərbaycancaaz
Mir.az » Resept » Dadına Doymaq Olmaz : Südlü Yaşıl Noxud Şorbası

Dadına Doymaq Olmaz : Südlü Yaşıl Noxud Şorbası

22
asan resept,asan yemək resept,sadə resept
425 calories, 4 grams fat
Dadına Doymaq Olmaz : Südlü Yaşıl Noxud Şorbası

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Süfrələrin vazkeçilməz dadlarından biri olan şorbalar, demək olar ki, hər kəsin sevdiyi başlanğıclardır. Hazırlandıqdan sonra isti və ləzzətli dadı ilə süfrələrdə özünə yer tapır və qonaqların damaqlarını şad edir. Südlü yaşıl noxud şorbası asan hazırlanması ilə yanaşı, çox da dadlı şorbadır. Yaşıl noxudun doyuruculuğu südün unikal dadı ilə birləşəcək ,un və yağ isə şorbanın tutarlılığını təşkil edəcək.
Mir.az inqrediyentlər hazırdırsa, sizi mətbəxə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

1 stəkan yaşıl noxud ( qarox )
1 ədəd soğan
1 ədəd kartof
1 stəkan süd
1 xörək qaşığı un
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
4-5 stəkan su

Hazırlanma qaydası:

Soğanı və kartofu kub şəklində doğrayın.
Dərin və geniş bir qazana 1 xörək qaşığı kərə yağıəlavə edib əridin və soğan və kartofu qızardın.
Üzərinə yaşıl noxud əlavə edib bir az daha qızardın. Su əlavə edib qaynamağa buraxın.
Bu vaxt tavada 1 xörək qaşığı kərə yağını əridib un əlavə edin.Unun qoxusu gələnə qədər qızardın.
Yavaş-yavaş südü əlavə edin və eyni zamanda qarışdırın.Hamar bir tutarlılıq əldə olunana qədər qarışdırmağa davam edin.
Qarışımı şorbaya əlavə edib blenderdən keçirin və bir müddət bişirin. ( Arada qarışdırmağı unutmayın.)
Hazır olduqdan sonra şüyüdlə bəzəyib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz