Azərbaycancaaz
Mir.az » Resept » Damaqlar Şənlənsin: Kolbasalı Lobya Şorbası Resepti

Damaqlar Şənlənsin: Kolbasalı Lobya Şorbası Resepti

20
asan resept,asan yemək resept,sadə resept
530 calories, 5 grams fat
Damaqlar Şənlənsin: Kolbasalı Lobya Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Barmaqlarınızı yeyəcəyiniz dadlı lobya reseptimiz var! Əminik ki, dadı hər kəsin xoşuna gələcək. Mir.az kolbasalı lobya resepti üçün sizi mətbəxə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

2 stəkan paxlalı lobya
1 ədəd orta ölçü soğan
1 yemək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
100 qram kolbasa
1 çay qaşığı duz
1 çay qaşığı qırmızı bibər tozu
5 stəkan isti su ( 200 ml )

Hazırlanma qaydası:

Təzyiqli qazana ( Düdüklü tencereyə ) 4 xörək qaşığı yağ əlavə edib doğranmış soğanı 3-4 dəqiqə qovurun.
Sonra 1 xörək qaşığı tomat pastası, 1 çay qaşığı bibər pastası əlavə edib 1-2 dəqiqə daha qovurun.
Bir gecə əvvəldən isladılmış lobyanın suyunu süzüb yuyun və qazana əlavə edin.Üzərinə də 100 qram kolbasa əlavə etdikdən sonra 3-4 dəqiqə daha qovurun.
1 çay qaşığı duz, 2 çay qaşığı qırmızı bibər əlavə etdikdən sonra üzərinə 5 stəkan qaynar su töküb qazanın qapağını bağlayın və yüksək odda qaynayana qədər gözləyin.Qaynadıqdan sonra ocağın xodunu aşağı edin və lobyalar bişdikdən sonra süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz