Azərbaycancaaz
Mir.az » Resept » Süfrələr Rənglənsin: Yaz Plovu Resepti

Süfrələr Rənglənsin: Yaz Plovu Resepti

21
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Süfrələr Rənglənsin:  Yaz Plovu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Plov resepti.
Siz eyni düyü yeməkdən sıxılmadınızmı? Süfrələrinizə bahar gəlsin, ürəyiniz açılsın ,ağzınız dada gəlsin deyə sizin üçün Mir.az yaz plovu reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 1 xörək qaşığı kərə yağı
  • 2 stəkan düyü
  • 1 xörək qaşığı zeytun yağı
  • 2,5 stəkan su
  • 1 ədəd kök
  • 1/2 stəkan qarox
  • 1 kasa incə doğranmış şüyüd
  • 1.5 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Qovrulmazdan əvvəl düyünü suda isladın və nişastanın çıxmasını gözləyib suyunu süzün.
Kərə yağı və zeytun yağını düyünü bişirəcəyiniz tavaya əlavə edib qızdırın.
Kökü soyun və kiçik kub formasında doğrayıb qazana əlavə edin və qovurmağa başlayın. (Kökü incə və xırda doğramağa diqqət edin .Əks halda düyü ilə eyni vaxtda bişməyəcək )
Sonra üzərinə düyü əlavə edib bir neçə dəqiqə düyü ilə birlikdə qovurun.Duz və istiot əlavə edin.
Suyu əlavə etməzdən əvvəl qaroxu əlavə edin və ardı ilə suyu əlavə edib vam odda qapağı bağlı olaraq suyu çəkilənə qədər bişirin.
Suyu çəkildikdən sonra ocağı söndürün və üzərinə xırda doğranmış şüyüd əlavə edib qarışdırın. 20 dəqiqə dəmlənməsini gözləyin.
Dəmləndikdən sonra isti halda servis edin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz