Azərbaycancaaz
Mir.az » Resept » Şəkərsiz Daha Gözəl: Şokoladlı Fındıqlı Krem Resepti

Şəkərsiz Daha Gözəl: Şokoladlı Fındıqlı Krem Resepti

56
asan resept,asan yemək resept,sadə resept
1 ədəd kiçik banka7 calories, 1 ədəd kiçik banka grams fat
Şəkərsiz Daha Gözəl: Şokoladlı Fındıqlı Krem Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şokoladlı Krem resepti.
Səhər isti çörəyin üzərinə sürtüb yediyimiz yumşaq şokoladlı krem... Yaratdığı xoşbəxtlik hissi ilə bankanın dibini neçə dəfə sıyırdığımızı xatırlamırıq. Kefimiz olmayanda bankanı qucağımıza alıb çörəyə belə ehtiyac duymadan qaşıq-qaşıq yeyirik. Günün sonunda onun kalorisi vicdanımızı ağrıdır, bir az kefimiz pozulur, amma yenə də yeməkdən əl çəkmirik.
Mir.az sizə kalorisi sizi çox narahat etməyəcək,şəkərsiz bir alternativin olduğunu desə necə olar? İndi izah edək. Çiy fındıqları yüngülcə qızardın və bir az yağ və bir az kakao ilə birləşdirin.Onu şirinləşdirmək üçün təbii şəkərlərdən dəstək alıb ortaya şəkərsiz fındıqlı krem ​hazırlayın.
Marketdən aldığınız qədər şirin və qatı olmayacaq. Ancaq içində nə olduğunu bildiyiniz üçün, hətta öz əllərinizlə hazırladığınız üçün bu sizi xoşbəxt etməyə kifayət edəcəkdir.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 ədəd kiçik banka nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

7 dəqiqə

Tərkibi:

2 stəkan çiy fındıq
4 xörək qaşığı kakao
1 xörək qaşığı zeytun yağı (və ya kokos,fındıq,qoz yağı)
2 xörək qaşığı kokos şəkəri
1 çay qaşığı vanil (zövqə görə)
1/2 çay qaşığı duz

Hazırlanma qaydası:

Yağlı kağızla örtülmüş soba nimçəsinə fındıq ləpələrini əlavə edin və 200 dərəcə sobada üzəri çatlayana və qoxusu gələnə qədər qovurun.
Fındıqların qabıqlarını soyun və soyuması üçün kənara qoyun.
Fındıq ilıq olanda az-az qida prosessoruna əlavə edib yaxşıca üyüdün. Üzərinə yağ, duz, kakao və kokos şəkəri əlavə edin.
Bütün fındıqları bu şəkildə az-az üyütdükdən sonra vanil əlavə edin. Əgər şirinliyi azdırsa, bu mərhələdə bir az daha kokos şəkəri,bal və ya alternativ dadlandırıcı əlavə edə bilərsiniz.
Qaymaq kimi bir tutarlılığa gəldikdə bankaya doldurub səhərləri zövqlə yeyə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz